Qeyri-qanuni qırqovul ovu və əvvəllər istifadə olunmayan torpaqlarda əkinçiliyin inkişafı bu quşun təbii mühitində tamamilə məhv olmasına səbəb olur. Bakı şəhəri bazarlarının monitorinqi göstərdi ki, qırqovul ətini bu quşları quşçuluq evlərində saxlayan brakonyerlər və həvəskarlar tərəfindən təmin olunduğu aşkar edilmişdır. Ancaq onlar həmişə qırqovul əti ilə istehlakçıları təmin etməyə qadir deyillər. Buna görə restoranlarda qırqovul yeməkləri həmişə görünmür. Eyni zamanda, Bakıdakı, fəaliyyət göstərən restoranlar, xüsusən də Gürcüstan mətbəxinə aid olan restoranlar qırqovuldan hazırlanmış yeməkləri rəsmi olaraq menyularına daxil etməyə hazırdırlar, lakin il boyu ətin vahid tədarükü üçün zəmanət tələb edirlər. Orta bir restoranda qırqovul ətindən hazırlanmış yeməklərə təlabat 1 gündə 5-6 nəfər ildə təxminən 2000 nəfərdir.

Contact